Məktəb psixoloqu ilə şagirdlərin 7 həftəlik treninq proqramı başladı.
Risk qrupuna daxilolma ehtimalı olan yeniyetmə şagirdlərlə 7 həftəlik treninq proqramı dekabr ayının ilk həftəsindən etibarən başlamışdır. Treninq proqramı 7-8-9-cu siniflər üzrə həyata keçirilir. Treninqin ilk həftəsində 8-ci siniflərlə məktəbin psixoloqu Vəfa xanım görüşərək tanışlıq həftəsi çərçivəsində qrup qaydalarını izah etdi,həmçinin şagirdlərlə psixoterapiya apardı. Şagirdlərdə aqressiyanı emosianal gərginliyi aradan qaldırmaq üçün maraqlı tapşırıqlar verildi.Treninq növbəti həftələrdə də davam edəcəkdir.