Bilik yarışı keçirilib

2 aprel tarixində məktəbin akt zalında "Yaşıl dünya naminə həmrəylik ili" nə həsr olunmuş şagirdlərin dünyagörüşünü, ətraf mühitin qorunması ilə bağlı fikirlərini və fənlər üzrə biliklərini yoxlamaq məqsədilə ingilis dili müəllimi Əlizadə Ləmanın təşkilatçılığı ilə VII siniflər arasında Jeopardy proqramı vasitəsilə bilik yarışı keçirilib. Yarış Dövlət Himninin səsləndirilməsilə başlayıb. Daha sonra yarışa start verilib. Yarışda 7 komanda iştirak edib. Cavablar münsiflər heyəti tərəfindən dəyərləndirilib və uyğun şəkildə ballarla qiymətləndirilib. Yarışın nəticələrinə görə VII A sinfinin "Plan B" komandası I yer, VII B sinfinin "Gümüşçülər" komandası II yer, VII F sinfinin "Balaca Eynşteynlər" və VII D sinfinin "Turan" komandası III yerə layiq görülüb. Qalib olan şagirdlər məktəb rəhbərliyi tərəfindən diplom və medalla mükafatlandırılıb.

Şagirdləri təbrik edir, gələcək yarışlarda uğurlar arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi