"Planet plastikə qarşı" mövzusunda müzakirələr aparılıb

Hər il 22 aprel tarixi dünyada Beynəlxalq "Yer Günü" kimi qeyd edilir. İlk dəfə 1970-ci ildə Amerikada qeyd edilməyə başlanılan "Yer Günü" dünya əhalisini onun qorunması üçün həmrəy olmağa çağırır. Hər il "Yer Günü"nün bir mövzusu olur. Bu ilin mövzusu da "Planet plastikə qarşı" adlanır.

İngilis dili müəllimi Aygün Muradova tərəfindən VII A sinfində keçirilən təqdimat dərsdə şagirdlər bu günün tarixi və keçirilmə məqsədi barəsində məlumat alıblar. Dərsdə planetin qorunması üçün hansı fəaliyyətlərə üstünlük verilməlidir sualı ətrafında müzakirələr aparılıb. Həmçinin plastikin istifadəsinə yox deməyin mühümlülüyü, ətraf mühitə, heyvanlar aləminə və insan orqanizminə vurduğu zərərlərdən də bəhs edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi