"Kahoot" proqramı vasitəsilə "Məhəmməd Füzulinin 530 illiyi"nə həsr olunmuş Bilik yarışı keçirilib

Aprelin 18-də məktəbin informatika müəllimi Ağayeva Günay tərəfindən "Məhəmməd Füzulinin 530 illiyi"nə həsr olunmuş VI sinif şagirdləri arasında bilik yarışı keçirilib. Yarışda məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər. Yarış Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Öncə şagirdlər Məhəmməd Füzulinin qəzəllərindən səsləndirib, şair haqqında 6 dəqiqəlik videoçarx izləyiblər. Yarışda 7 komanda mübarizə aparıb.

“Kahoot” proqramı üzərində 45 sualdan ibarət müxtəlif mövzularda sualllar səsləndirilib. İlk 8 sual Məhəmməd Füzuli haqqında izlədikləri videoçarx əsasında verilib. Şagirdlər sualları onlayn cavablandırıblar. Yarışın nəticələrinə əsasən “Şahinlər” komandası (VI D sinfi) I yerə, “High Brain” (VI B sinfi) komandası II yerə, “Kəpənəklər” komandası (VI Ə sinfi) III yerə layiq görülüb.

Qaliblər məktəb rəhbərliyi tərəfindən Diplom və medallarla təltif ediliblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi