Məhəmməd Füzulinin 530 illiyinə həsr olunmuş təqdimat dərs keçirilib

Aprelin 18-də Azərbaycan dili və ədəbiyyat müəllimi Mirzəyeva Simuzər tərəfindən VII B sinif şagirdlərinin iştirakı ilə Məhəmməd Füzulinin 530 illiyinə həsr olunmuş təqdimat dərs keçirilib. Dərsdə məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Bayramova Lalə, metodbirləşmə rəhbəri Məmmədova Gülsüm iştirak ediblər. Əvvəlcə müəllim dahi sənətkar haqqında məlumat verərək vurğulayıb ki, hərtərəfli biliyə malik olan Məhəmməd Füzulinin bədii-fəlsəfi irsi Azərbaycan xalqının bəşər mədəniyyəti xəzinəsinə bəxş olunan misilsiz sərvətdir.

Daha sonra şagirdlər hazırladıqları təqdimatları , şairin əsərlərinə həsr olunmuş əl işlərini və divar qəzetlərini nümayiş etdirib, şairin qəzəllərini səsləndiriblər. Sonda şagirdlər Məhəmməd Füzulinin " Meyvələrin söhbəti" alleqorik əsəri əsasında hazırlanmış filmə tamaşa ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi