"Xocalı - qan yaddaşımız" adlı rəsm müsabiqəsi

26 fevral 2025-ci il tarixində məktəbin təsviri-incəsənət müəllimi, "Rənglərin dünyası" rəsm dərnəyinin rəhbəri Zöhrə Əhmədovanın təşkilatçılığı və 8-ci sinif şagirdlərinin iştirakı ilə "Xocalı - qan yaddaşımız" adlı rəsm müsabiqəsi təşkil olundu.
Rəsm müsabiqəsində məktəbin direktoru vəzifəsini müvəqqəti icra edən Məhluqə Bayramova, sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçı Rəfiqə Hacıyeva, tarix müəllimi Zəminə Vəliyeva, kitabxana müdiri Kifayət Cəfərova izləyici qismində iştirak etdilər.