5c sinifində Xocalı soyqırımının ildönümünə həsr olunmuş "Xocalı harayı" adlı xüsusi dərs

26 fevral 2025-ci il tarixində məktəbin təsviri-incəsənət müəllimi, "Rənglərin dünyası" dərnəyinin rəhbəri Zöhrə Əhmədova 5c sinifində Xocalı soyqırımının ildönümünə həsr olunmuş "Xocalı harayı" adlı xüsusi dərs təqdim etdi.

Xüsusi dərs Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Xocalı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.

Məktəbin tarix müəllimi Aynurə Musayeva Xocalı soyqırımı haqqında məlumat təqdim etdi.

Daha sonra şagirdlər Xocalı faciəsinə həsr olunmuş şeirlər söylədilər, sözügedən mövzu ətrafında çəkdikləri rəsmləri təqdim edərək, fikir və düşüncələri bölüşdülər.

Tədbirdə məktəbin sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçısı Rəfiqə Hacıyeva, ibtidai sinif müəllimi Natəvan Nəsirova və UBR Arzu Məmmədova iştirak etdilər.

#məktəb155 #fəalməktəb #virtualməktəb #Xocalıfaciəsi #Xocalı

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi