Beynəlxalq Ana Dili Günü münasibəti ilə tədbir

20.02.2025-ci il tarixində məktəbimizin Azərbaycan dili və ədəbiyyatı müəllimi, həmçinin “Ana dilimizin saflığını qoruyaq” dərnəyinin rəhbəri Cəbiyeva Gülnarın təşkilatçılığı ilə 21 fevral Beynəlxalq Ana Dili Günü münasibəti ilə tədbir təşkil edildi.
Tədbirdə ana dilimizə həsr olunan şeirlər səsləndirildi.
“Şirin dil” mahnısı şagirdlər tərəfindən ifa edildi. Tədbirdə direktor vəzifəsini müvəqqəti icra edən Məhluqə Bayramova, sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçı Rəfiqə Hacıyeva, kitabxana müdiri Kifayət Cəfərova, kitabxanaçı Kifayət Həsənova izləyici qismində əyləşdilər.
Tədbir hər kəs tərəfindən maraqla qarşılandı.
#məktəb155 #fəalməktəb #virtualməktəb #müəllim #BeynəlxalqAnaDiliGünü