2a sinif şagirdləri məktəbin dəhlizində "Bullinqə yox deyirik" adlı flaşmob təqdim etdilər
Məktəblilər arasında zorakılığa məruz qalma halları aktual problemlərdən biridir.
Bullinq adlandırılan bu hal məktəblilərin bir-birinə mənəvi və fiziki üsulla təzyiq göstərməsi ilə müşahidə olunur.
"Bullinqlə mübarizə" aylığı çərçivəsində 18 dekabr 2024-cü il tarixində ibtidai sinif müəllimi Sevil Şükürovanın təşkilatçılığı ilə 2a sinif şagirdləri məktəbin dəhlizində "Bullinqə yox deyirik" adlı flaşmob təqdim etdilər.
Şagirdlər burada öz hərəkətləri ilə bullinqin növlərini və nə ilə nəticələndiyini göstərdilər.
Bu təsirli və düşündürücü tədbiri şagirdlər maraqla izlədilər.
Bullinqə qarşı mübarizədə hər kəsin rolu vacibdir.
#məktəb155 #fəalməktəb #virtualməktəb #BakıŞəhəriüzrəTəhsilİdarəsi #MÜTDA #Bullinqəson #Bullinləmübarizəaylığı #BullinqəYOXdeyək