"Məktəblərdə Naxçıvan ayı” layihəsi çərçivəsində rəsm müsabiqəsi keçirildi

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən daxil olmuş 03.12.2024-cü il tarixli 59-D-327 nömrəli məktubda “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında“ Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2023-cü il tarixli 4248 nömrəli Sərəncamının icrasından irəli gələrək Naxçıvanın geosiyasi mövqeyi, XX əsrin əvvəllərində baş verən siyasi hadisələr, Naxçıvan Muxtar Respublikasının yaradılması, Naxçıvanın qədim tarixi, etimologiyası, mədəni irsi və tarixi abidələri haqqında uşaq və gənclərin maarifləndirilməsi məqsədilə cari ilin dekabr ayı ərzində "Məktəblərdə Naxçıvan ayı” layihəsinin keçirilməsi qeyd olunmuşdur.

Bununla əlaqədar hazırlanmış məktəbin Tədbirlər planına uyğun olaraq, 18 dekabr 2024-cü il tarixində məktəbdə sözügedən mövzuda rəsm müsabiqəsi keçirildi.

Məktəbin təsviri-incəsənət müəllimi, "Rənglərin dünyası" dərnəyinin rəhbəri Zöhrə Əhmədovanın, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Rəfiqə Hacıyevanın təşəbbüsü ilə təşkil olunan rəsm müsabiqəsində müxtəlif siniflərdən şagirdlər iştirak etdilər.

Əvvəlcə Zöhrə Əhmədova Naxçıvan torpağının memarlıq arxitekturası haqqında məlumat verdi. Tarix müəllimi Zəminə Vəliyeva isə Naxçıvanda Muxtar Respublikasındakı tarixi abidələr haqqında danışdı.

Rəsm müsabiqəsində məktəbin kitabxana müdiri Kifayət Cəfərova, kitabxanaçı Kifayət Həsənova və UBR Arzu Məmmədova münsif qismində iştirak etdilər.

 

#məktəb155 #fəalməktəb #MÜTDA #müəllim #BakıŞəhəriüzrəTəhsilİdarəsi #şagird

#Naxçıvan100il

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi