"Yaşıl dünya naminə həmrəylik ili" layihəsi çərçivəsində 3d sinifində xüsusi dərs
"Yaşıl dünya naminə həmrəylik ili" layihəsi çərçivəsində 17 dekabr 2024-cü il tarixində məktəbin ingilis dili müəllimi Bənövşə Mirzəyeva 3d sinifində xüsusi dərs təqdim etdi.
Əvvəlcə müəllim şagirdlərə sözügedən mövzu ətrafında məlumatlar təqdim etdi:
"Təbiətin bizə bəxş etdiyi ən böyük nemətlərdən biri güllər, çiçəklərdir. Qədimdən bəri gül sevgi və firavanlıq simvolu sayılır. Güllər əsrlər boyu rəssam və şairlərin diqqətini çəkib və insan yaradıcılığının bütün sahələrində ilham verib.Təbiətlə üsnisiyyətdə olmaq və güllərə quluq etmək isə onlara baxmaqdan daha çox zövq verir"
Daha sonra şagirdlər dibçəklərdə güllər əkdilər.
Dərs şagirdlərin marağına səbəb oldu.
#məktəb155 #fəalməktəb #MÜTDA #müəllim #BakıŞəhəriüzrəTəhsilİdarəsi #şagird #Yaşıldünyanaminəhəmrəylik #Yaşıldünyanaminəhəmrəylikili #yaşıldünyanaminə