6c sinfində "Bullinqə yox deyək" adlı maarifləndirici təlim

"Bullinqlə mübarizə" aylığı çərçivəsində məktəbin riyaziyyat müəllimi Rübabə Nağıyevanın təşəbbüsü ilə 6c sinfində "Bullinqə yox deyək" adlı maarifləndirici təlim təşkil olundu.
Əvvəlcə sinif rəhbəri Rübabə Nağıyeva çıxış etdi və “Bullinq nədir?”, “Bullinqin nəticələri”, “Bullinqlə necə mübarizə aparmalı?” və s. mövzularda şagirdlərlə qarşılıqlı müzakirədə söhbətlər apardı.
Daha sonra psixoloq Şəbnəm Əsgərova, "Bullinqlə mübarizə" aylığı rəhbərləri, məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı Rəfiqə Hacıyeva və məktəbin coğrafiya müəllimi Svetlana Zülfüqarova şagirdlərlə maarifləndirici söhbət apardı və əlavələrini etdilər.
Sonda şagirdləri maraqlandıran suallara cavab verildi.
Təlimdə həmçinin 6c sinif şagirdləri Əhmədova Fatimə və Aslanov Rəşidin “Bullinqə son” adlı rəsmləri nümayiş olundu.
#məktəb155 #fəalməktəb #Bullinqəson! #Bullinləmübarizəaylığı #məktəb #şagird #müəllim