“Korrupsiyaya qarşı maarifləndirici tədbir" təşkil olundu

    "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası məqsədilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 22.02.2024-cü il tarixli, 3-29/3-2-78F/2024 nömrəli əmri ilə nazirliyin Iş planı təsdiq edilmişdir.

    Sözügedən sənədi rəhbər tutaraq, 2 dekabr 2024-cü il tarixində məktəbin riyaziyyat müəllimi, 9a sinif rəhbəri Qənirə Məmmədova “Korrupsiyaya qarşı maarifləndirici tədbir" təşkil etdi.

    Müəllim çıxışında dövlət qurumlarının fəaliyyətində şəffaflığın daha da artırılması, korrupsiyaya şərait yaradan halların qarşısının alınması, dövlət orqanlarının ictimaiyyət qarşısında hesabatlılığının daha da gücləndirilməsi, dövlət qurumları tərəfindən əhaliyə göstərilən xidmətlərin daha da təkmilləşdirilməsi və elektronlaşdırılması, eləcə də korrupsiyaya qarşı mübarizə ilə bağlı görülən tədbirlərin davamlılığının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamını tədbir iştirakçılarının diqqətinə çatdırdı.

    Daha sonra məktəbin psixoloqu Şəbnəm Əsgərova sözügedən mövzu haqqında ətraflı məlumatlar təqdim etdi.

    Tədbirdə məktəbin müəllimləri Könül Mirzəyeva, Gülnaz Abdullayeva, UBR Arzu Məmmədova, kitabxana müdiri Kifayət Cəfərova, kitabxanaçı Kifayət Həsənova və laborant Elza Mehdiyeva iştirak etdilər.

 

#məktəb155 #fəalməktəb #virtualməktəb #Korrupsiyayaqarşımübarizə #ElmVəTəhsilNazirliyi

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi