Yeniyetmələrlə maarifləndirici söhbət

29 oktyabr 2024-cü il tarixində Sabunçu rayonu 12 nömrəli Şəhər Poliklinikasının həkimləri Həsənova Pakizə, Həsənova Şəfa, Əliyeva İlahə və məktəbin tibb bacısı Məryəm Həsənova məktəbdə təhsil alan yeniyetmələrlə maarifləndirici söhbət apardılar.

Söhbət zamanı şagirdlərə "Reproduktiv sağlamlıq. Cinsi yolla yoluxan infeksiyalar" , "Şəxsi gigiyena qaydaları" və "Yeniyetmələr arasında zərərli vərdişlər" mövzuları haqqında ətraflı məlumatlar təqdim olundu.

Görüşdə məktəbin direktoru Məhluqə Bayramova, sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçı Rəfiqə Hacıyeva və psixoloq Şəbnəm Əsgərova iştirak etdilər.

 

#məktəb155 #fəalməktəb #virtualməktəb #Reproduktivsağlamlıq #şagird

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi