10b sinif şagirdləri ADA Universitetində seminarda iştirak etdilər

30 oktyabr 2024-cü il tarixində məktəbin ingilis dili müəllimi Bənövşə Mirzəyevanın təşkilatçılığı ilə 10b sinif şagirdləri ADA Universitetində 10 və 11 sinif şagirdləri üçün təşkil olunmuş Hüquq, İctimai və Beynəlxalq Münasibətlər fakültəsi üzrə İxtisas yönümlü seminarda iştirak etdilər.
Fərqli ixtisaslar üzrə olan seminarlar barədə məlumat əldə edən şagirdlər ADA Universitetinin kampusu, professor-müəllim heyəti ilə tanış olaraq, proqramlar barədə ətraflı məlumat öyrəndilər.
#məktəb155 #fəalməktəb #virtualməktəb #müəllim #şagird #ADAUniversiteti #ixtisasyönümlüseminar