3a sinifində "Uşaq hüquqları aylığı" çərçivəsində "Mən və hüquqlarım" adlı təlim

5 noyabr 2024-cü il tarixində məktəbin ibtidai sinif müəllimi Gülşən Qurbanovanın və psixoloq Şəbnəm Əsgərovanın təşəbbüsü ilə 3a sinifində "Uşaq hüquqları aylığı" çərçivəsində "Mən və hüquqlarım" adlı təlim təşkil olundu.

Təlimdə şagirdlərə Uşaq hüquqları Konvensiyası haqqında məlumat verildi, Konvensiyanın yaranma tarixindən, hər biri ayrı-ayrı hüquqlar haqqında məlumat verən 54 maddədən və bu hüquqların bölündüyü kateqoriyalardan söhbət açıldı.

Təlim qarşılıqlı müzakirələr əsasında həyata keçirildi, şagirdlər öz hüquqları haqqında biliklərini bölüşdülər.

#məktəb155 #fəalməktəb #UşaqHüquqlarıAylığı #uşaqhüquqları #müəllim #psixoloq #şagird

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi