8c sinifində "Mən və hüquqlarım" adlı dəyirmi masa

"Uşaq hüquqları aylığı" çərçivəsində məktəbin tarix müəllimi Zəminə Vəliyevanın təşkilatçılığı ilə 8c sinifində "Mən və hüquqlarım" adlı dəyirmi masa keçirildi.

Dəyirmi masada əvvəlcə müəllim çıxış edərək, Uşaq hüquqları Konvensiyası haqqında ətraflı məlumat verdi.

Daha sonra şagirdlər öz hüquqları haqqında danışdılar, mövzu ətrafında müzakirələr apardılar.

Qeyd edək ki, Uşaq Hüquqları Konvensiyası dünyada 2 dövlət istisna olmaqla, bütün dövlətlər tərəfindən təsdiq olunmuş, dünya səviyyəsində ən geniş qəbul olunmuş insan hüquqları alətidir. Konvensiya uşaqların insan hüquqlarının bütün növlərini – mülki, siyasi, iqtisadi, sosal və mədəni – bir sənəddə birləşdirir. Konvensiya BMT Baş Assambleyası tərəfindən 20 noyabr, 1989-cu il tarixində qəbul olunmuş və 1990-cı ilin sentyabrında qüvvəyə minmişdir.

Konvensiyanın 41 maddəsində 18 yaşdan aşağı hər bir uşağın insan hüquqlarına hörmət olunması və müdafiə edilməsi təsvir edilir.

#məktəb155 #UşaqHüquqlarıAylığı #Şagird #uşaqhüquqları #ElmVəTəhsilNazirliyi #ombudsman #fəalməktəb #MÜTDA

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi