"Dünya ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvinin və digər dahi Azərbaycan şair və mütəfəkkirlərinin əsərlərində ətraf mühitin qorunması ilə bağlı fikirlərin təbliğ edilməsi" mövzusunda Dəyirmi masa

15 oktyabr 2024-cü il tarixində məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı Rəfiqə Hacıyeva, kitabxana müdiri Kifayət Cəfərova, kitabxanaçı Kifayət Həsənova və UBR Arzu Məmmədovanın təşəbbüsü ilə məktəbin kitabxanasında "Dünya ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvinin və digər dahi Azərbaycan şair və mütəfəkkirlərinin əsərlərində ətraf mühitin qorunması ilə bağlı fikirlərin təbliğ edilməsi" mövzusunda Dəyirmi masa təşkil olundu.

Dəyirmi masada məktəbin ibtidai sinif müəllimi Aygün Əliyevanın rəhbəri olduğu 4a sinif şagirdləri bu mövzu ətrafında məlumatlar təqdim etdilər, dahi şair və mütəfəkkirlərimizin yaradıcılığından nümunələr səsləndirdilər.

#məktəb155 #fəalməktəb #virtualməktəb #Yaşıldünyanaminəhəmrəylikili #yaşıldünyanaminə #COP29 #NizamiGəncəvi #ətrafmühitinqorunması

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi