Xankəndidə Azərbaycanın Dövlət Bayrağını ucaldaraq Zəfər tariximizə daha bir şanlı səhifə yazıldı

2023-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müqəddəs Azərbaycan Bayrağını Ağdərədə, Xocalıda və Xankəndidə qaldıraraq xalqımıza 30 ildən çox gözlənilən ən böyük müjdəni - tam qələbə xəbərini verdi.

Suverenliyimizin tam bərpası istiqamətində inamla irəliləyən və əsas hədəfə doğru addım-addım yaxınlaşan Ali Baş Komandan, oktyabrın 15-də, hakimiyyətinin 20-ci ildönümündə Xankəndidə Azərbaycanın Dövlət Bayrağını ucaldaraq Zəfər tariximizə daha bir şanlı səhifəni yazdı.

Məktəbdə bu şanlı gün münasibətilə tarix müəllimi Aynurə Musayeva 7b sinifində xüsusi dərs təqdim etdi.

Şagirdlərə qələbəmiz haqqında dərin sevgi ilə məlumat verən müəllim bu günü qürur hissi ilə andı.

 

#məktəb155 #fəalməktəb #virtualməktəb #müəllim #şagird #BakıŞəhəriTəhsilİdarəsi

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi