Məktəb şagirdlərinin icbari dispanserizasiyası həyata keçirildi
17 oktyabr 2024-cü il tarixilərində Azərbaycan Republikası Prezidentinin 2018-ci il 9 avqust tarixli 393 nömrəli Sərancamı ilə təsdiq edilmiş “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramına əsasən Cəlal Məmmədyarov adına 155 nömrəli tam orta məktəb şagirdlərinin icbari dispanserizasiyası həyata keçirildi.
“Uşaqların icbari dispanserizasiyası haqqında qanun” 18 yaşadək olan ölkə vətəndaşlarının sağlamlığının qorunması və möhkəmləndirilməsi məqsədi daşıyır.
Bu qanunun tətbiqi nəticəsində ölkə üzrə uşaqların sağlıq durumunun müəyyən edilməsi, xəstəliklərin vaxtında aşkarlanaraq müalicəsi, ümumən müayinə və müalicə işinin təşkilinin daha da yaxşılaşdırılması nəzərdə tutulub.
#məktəb155 #dispanserizasiya #fəalməktəb #icbaridispanserizasiya