Şagirdlər arasında rəsm müsabiqəsi keçirildi

18 oktyabr Müstəqilliyin Bərpası Günü münasibətilə məktəbin təsviri incəsənət müəllimi Zöhrə Əhmədovanın təşkilatçılığı ilə şagirdlər arasında rəsm müsabiqəsi keçirildi.

Əvvəlcə müsabiqənin iştirakçısı olan şagirdlərə müəllim Zöhrə Əhmədova, UBR Arzu Məmmədova və psixoloq Şəbnəm Əsgərova bu tarixi gün haqqında məlumat verdilər.

Daha sonra şagirdlər 18 oktyabr Müstəqilliyin Bərpası Günü barədə öz düşüncələrini əks etdirən rəsmlər çəkdilər.

#18oktyabr #MüstəqilliyinBərpasıGünü #məktəb155 #fəalməktəb #virtualməktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi