Müstəqilliyin Bərpası Gününə hərs olunmuş dəyirmi masa

18 oktyabr 2024-cü il tarixində məktəbin kitabxana müdiri Kifayət Cəfərova, kitabxanaçı Kifayət Həsənovanın təşkilatçılığı və 8c sinif şagirdlərinin iştirakı ilə Müstəqilliyin Bərpası Gününə hərs olunmuş dəyirmi masa keçirildi.

Dəyirmi masada sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçı Rəfiqə Hacıyeva, tarix müəllimi Zəminə Vəliyeva, Azərbaycan dili və ədəbiyyatı müəllimi Kəmalə Hüseynova, UBR Arzu Məmmədova iştirak etdilər.

Müəllim Zəminə Vəliyeva müstəqilliyimizin necə qazanılması barədə çıxış etdi.

Daha sonra şagirdlər müstəqillik haqqında qanunlardan, əsasnamədən, müstəqilliyimizin yaranmasından danışdılar, şeirlər söylədilər.

#18oktyabr #MüstəqilliyinBərpasıGünü #məktəb155 #fəalməktəb #virtualməktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi