Beşinci sinif şagirdləri və onların valideynləri ilə psixoloqun görüşü
Məktəbin psixoloqu Əsgərova Şəbnəm 5-ci sinif şagirdləri və valideynləri ilə maarifləndirici görüş keçirdi. Görüşdə sinif rəhbərləri və fənn müəllimləri də iştirak etdilər.
Görüşün məqsədi 5-ci sinif şagirdlərinin orta təhsil pilləsində adaptasiya problemlərində yaranan çətinlikləri aradan qaldırmaqdır.
Psixoloq həm şagirdlər, həm də valideynlərlə öncə psixodiaqnostik iş apardı və şagirdlərdə adaptasiya sahəsində ola biləcək problemlər müəyyən edildi. Psixoloq valideynlərə öz övladlarına dəstək olmaq barədə tövsiyələr də verdi.
#fəalməktəb #məktəb155 #virtualməktəb #valideynmüəllimşagirdüçbucağı