2a sinifində Anım Gününə həsr olunmuş tədbir təşkil edildi

27 sentyabr 2024-cü il tarixində məktəbin ibtidai sinif müəllimi Sevil Şükürovanın təşkilatçılığı ilə 2a sinifində Anım Gününə həsr olunmuş tədbir təşkil edildi.

Əvvəlcə, sinif rəhbəri şagirdlərə 27 sentyabr Anım günü haqqında ətraflı məlumat verdi.

Daha sonra körpə fidanlar Vətən sevgilərini çəkdikləri şəkillərdə nümayiş etdirdilər.

Tədbirin ikinci hissəsi kitabxanada davam etdi. Məktəbin direktoru Məhluqə Bayramova, sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçı Rəfiqə Hacıyeva, kitabxana müdiri Kifayət Cəfərova və kitabxanaçı Kifayət Həsənovanın iştirak etdiyi tədbirdə çıxış edənlər 27 sentyabr Anım Gününün əhəmiyyəti və bu günün təsis olunması barədə məlumatlar təqdim etdilər.

Sonda məktəbin şəhid məzunu Cəlal Məmmədyarovun xatirəsinin əbədiləşdirildiyi şəhid bulağı abidəsi ətrafına toplaşan tədbir iştirakçıları Cəlal Məmmədyarovun keçdiyi döyüş yolundan danışdılar. Onun həyat yolunun gələcək nəsillər üçün örnək olacağı qeyd olundu.

#məktəb155 #fəalməktəb #virtualməktəb #Anımgünü #şəhidlərimizəehtiramla #şəhidlərölməz #müəllim #şagird

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi