Anım gününə həsr olunmuş rəsm müsabiqəsi keçirildi

27 sentyabr 2024-cü il tarixində məktəbin təsviri-incəsənət müəllimi Zöhrə Əhmədovanın və tarix müəllimi Zəminə Vəliyevanın təşkilatçılığı ilə Anım gününə həsr olunmuş rəsm müsabiqəsi keçirildi.

Rəsm müsabiqəsində məktəbin müxtəlif siniflər üzrə şagirdləri iştirak etdilər.

Rəsm müsabiqəsi Vətən şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.

Daha sonra tarix müəllimi Zəminə Vəliyeva çıxış edərək, Anım günü haqqında ətraflı məlumat verdi.

Sonda şagirdlər vətənpərvərlik ruhunda çəkdikləri rəsmləri müəllimlərə təqdim etdilər.

#məktəb155 #fəalməktəb #virtualməktəb #Anımgünü #şəhidlərimizəehtiramla #şəhidlərölməz

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi