7c sinifində Anım Gününə həsr olunmuş xüsusi dərs

27 sentyabr 2024-cü il tarixində məktəbin tarix müəllimi Pərvin İbrahimova 7c sinifində Anım Gününə həsr olunmuş xüsusi dərs təqdim etdi.

Müəllim dərsi bütövlükdə 27 sentyabr Anım gününə həsr edərək, bu günün əhəmiyyəti və təsis edilməsi barədə ətraflı məlumat verdi.

Qeyd edək ki, Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsi bitdikdən sonra Vətən müharibəsinin başladığı günü "Anım Günü" kimi qeyd etmək barədə sərəncam vermişdir.

Dövlət tərəfindən Vətən müharibəsində iştirak etmiş Azərbaycanın mübariz oğul və qızlarının şücaəti yüksək qiymətləndirilir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərilir, xatirəsi uca tutulur.

Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, 2020-ci il dekabrın 2-də İlham Əliyev Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında Sərəncam imzalamışdır.

#AnımGünü #şəhidlərimizəehtiramla #şəhidlərölməz #məktəb155 #fəalməktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi