"Biz bu vətənin gülü, çiçəyiyik" mövzusunda tədbir keçirildi

07 iyun 2024-cü il tarixində "Ailəm və məktəbim" layihəsi çərçivəsində məktəbin ibtidai sinif müəllimi Sevil Şükürovanın təşkilatçılığı və 1a sinif şagirdlərinin iştirakı ilə "Biz bu vətənin gülü, çiçəyiyik" adlı tədbir keçirildi.
Məktəbə bu il qədəm basmış birincilər böyük inam və sevinclə rəngarəng çıxışlar təqdim etdilər. 
Bayram çox təntənəli və maraqlı keçdi.
Uşaqlar oxumaq bacarıqları ilə yanaşı, vətənimizin sərvətləri və adət-ənənələrini necə gözəl öyrəndiklərini də nümayiş etdirdilər.
Tədbirdə məktəbin direktoru Ruhiyyə İbrahimova, direktor müavini Məhluqə Bayramova, sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçı Rəfiqə Hacıyeva, müəllimlər, valideynlər və şagirdlər iştirak etdilər.

Şagirlərimizi təbrik edir və uğurlar diləyirik.

#məktəb155 #Ailəmvəməktəbim  #fəalməktəb #virtualməktəb  #Müəllim #Şagird

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi