Böyük Qayıdışa böyük töhfə
30 may 2024-cü il tarixində məktəbin direktoru Ruhiyyə İbrahimova 2024-2025-ci tədris ilindən fəaliyyətə başlayacaq Qarabağ Universitetinin bukletini şagirdlərə təqdim edərək, Universitetlə bağlı 11-ci sinif şagirdləri ilə maarifləndirici söhbət apardı.
Şagirdlərə Qarabağ Universitetini seçərək bu universitetinin ilk tələbəsi olmaq, ödənişsiz təhsil, ödənişsiz yataqxana, hər bir tələbəyə təqaüd, yüksək bal toplayanlara əlavə təqaüd, yeni məzmunlu təhsil proqramları və s. üstünlüklər barədə ətraflı məlumatlar təqdim olundu.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 noyabr 2023 - cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi Azərbaycanın Qarabağ iqtisadi rayonunun Xankəndi şəhərində yerləşir.
Universitetdə pedaqoji, iqtisadiyyat, humanitar və sosial elmlər, mühəndislik, incəsənət, turizm olmaqla 6 fakültə üzrə bakalavriat səviyyəsinə tələbə qəbulu həyata keçiriləcək.
Qarabağ Universiteti regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə yaradılır.