1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü məktəbdə qeyd olundu
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü dünyanın əksər ölkələrində olduğu kimi Azərbaycanda da yüksək coşqu ilə qeyd olunur.
Ölkəmizdə uşaqların sağlam, xoşbəxt və Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb.
Bu gün münasibətilə məktəbin musiqi müəllimi Aynurə Quliyevanın təşkilatçılığı, 1c, 3c, 4c, 4d, 5a, 5c və məktəbin digər sinif şagirdlərinin iştirakı ilə "Xoşbəxt olsun uşaqlar!" adlı tədbir təşkil olundu.
Tədbirdə şagirdlər bəstəkar, xalq mahnıları və rəngarəng rəqslərlə çıxış etdilər.
Məktəbin direktoru Ruhiyyə İbrahimova, məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı Rəfiqə Hacıyeva, müəllimlər, valideynlər və şagirdlər izləyici qismində əyləşdilər.
#1iyun #UşaqlarınBeynəlxalqMüdafiəsiGünü