"Müəllimlərdə emosional yanma" mövzusunda psixoprofilaktik təlim
22.05.2024-cü il tarixdə məktəbin psixoloqu Şəbnəm Əsgərova müəllimlərlə "Müəllimlərdə emosional yanma" mövzusunda psixoprofilaktik təlim keçirdi.
Təlimdə müəllimlərə emosional yanma sindromunun mərhələləri, onun yaranmasına səbəb olan amillər haqqında məlumat verildi, qarşısını almaq üçün istifadə oluna biləcək üsul və texnikalar barədə tövsiyələr diqqətə çatdırıldı.