10b sinifində "Xəzər dənizi və digər su hövzələrində boğulma halları" mövzusunda maarifləndirici söhbət

23 may 2024-cü il tarixində məktəbin coğrafiya müəllimi Səfurə Hüseynova 10b sinifində "Xəzər dənizi və digər su hövzələrində boğulma halları" mövzusunda maarifləndirici söhbət apardı.

Şagirdlərə iqlimlə əlaqədar olaraq, Xəzər dənizində ilin 250 günü küləkli hava müşahidə olunması, nəticədə dənizdə uçqun, yarğan və burulğanların əmələ gəlməsi, Azərbaycan qanunveriliciyinin tələbinə görə, küləyin sürəti saniyədə 10 metri keçirsə, yəni təxminən 6-7 bal gücündə olarsa, o zaman dənizə girməyin qadağan olunması, təhlükəli olması və məsləhət görülməməsi, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin təhlükə ilə bağlı etdiyi xəbərdarlıqların mütləq nəzərə alınması, suya girməyi planlaşdırdığınız ərazidə xilasedicilərin müşahidə qülləsinin mövcud olub-olmaması, ətrafda həmin ərazidə çimməyə icazə verilib-verilməməsi ilə bağlı hər hansı məlumat lövhəsinin qoyulub-qoyulmaması və bütün bu sadalananlar yoxdursa, o zaman həmin yerdə suya girmək insan həyatı üçün təhlükəli olması barədə ətraflı məlumatlar təqdim olundu.

#təhlükəsizməktəb #təhlükəsizlikhəftəsi #təhlükəsizlikqaydaları #məktəb155 #fəalməktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi