Xəzər dənizi və su hövzələrində boğulma təhlükəsinə qarşı maarifləndirmə tədbirləri davam edir

Elm və təhsil nazirinin müvafiq əmrinə əsasən məktəbdə Xəzər dənizi və su hövzələrində boğulma təhlükəsinə qarşı maarifləndirmə tədbirləri davam edir və bu halların qarşısının alınması ilə bağlı şagirdlər arasında maarifləndirmə işləri aparılır.

Bu məqsədlə məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Humay Vəliyeva 9a sinifində maarifləndirici söhbət apardı.

Bu məsələdə valideynlərin və uşaqların məsuliyyətinin böyük olduğunu, valideynlərin uşaqları nəzarətsiz buraxmamaları, uşaqların valideyn nəzarətindən kənar ərazilərə getməmələri, Xəzər dənizi və su hövzələrində dincələrkən, üzərkən düzgün yer seçməli, təhlükəsizlik qaydalarına riayət etmələri şagirdlərin diqqətinə çatdırıldı.

 

#təhlükəsizməktəb #təhlükəsizlikhəftəsi #təhlükəsizlikqaydaları #Xəzərdənizindəboğulmatəhlükəsi #məktəb155 #fəalməktəb #virtualməktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi