“Şərti işarələrin təsviri” mövzusunda açıq havada dərs

“Yaşıl Dünya naminə həmrəylik ili” və “Təbiəti qoruyanlar” layihəsi çərçivəsində məktəbin tədbirlər planına əsasən 21 may 2024-cü il tarixində coğrafiya müəllimi Svetlana Zülfüqarova 6b sinif şagirdləri ilə birgə “Şərti işarələrin təsviri” mövzusunda açıq havada dərs təşkil etdi.

Şərti işarələrin üç qrupa bölündüyü, onların köməyi ilə meşə, bağ, çəmən, bostan, gölün sahəsi, yol, kanal, rabitə xətləri, çaylar, zavodların tüstü boruları, bulaqlar, su quyuları, evlər, məktəblərin kiçildilərək planda qeyd edildiyini, ona görə də planda müəyyən sahə tutan obyektlərin yer üzərindəki sahəsini hesablamağın mümkün olduğu şagirdlərin diqqətinə çatdırıldı.

Şagirdlər şərti işarələrin uyğun gəldiyi obyektlərin şəklini çəkərək onları müəyyən etdilər.

Dərs şagirdlərin marağına səbəb oldu.

#məktəb155 #fəalməktəb #virtualməktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi