"Azərbaycanın COP29-a sədrliyi qlobal Şimal və Cənub arasında körpüdür" mövzusunda dəyirmi masa
23 may 2024-cü il tarixində məktəbin tarix müəllimi Aynurə Musayeva 9c sinif şagirdləri ilə birlikdə "Azərbaycanın COP29-a sədrliyi qlobal Şimal və Cənub arasında körpüdür" mövzusunda dəyirmi masa təşkil etdi.
Dəyirmi masada BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası, 2023-cü ildə həm kömürlə işləyən elektrik istehsalında qlobal artım, həm də elektrik nəqliyyat vasitələrinin istifadəsinin artması müşahidə olunması, həmçinin enerji sektorunda tullantıları azaltmaq üçün Azərbaycan “Qlobal Metan Öhdəliyi”nə qoşulması barədə söhbət aparıldı.