4c sinif şagirdləri və valideynlər məktəbin ərazisində müxtəlif növ çiçəklər əkdilər, gül kollarına qulluq etdilər
"Yaşıl dünya naminə həmrəylik ili" layihəsi çərçivəsində məktəbin ibtidai sinif müəllimi Natəvan Nəsirovanın təşkilatçılığı, məktəbin fiziki tərbiyə müəllimi Mehman Səfərlinin iştirakı ilə 4c sinif şagirdləri və valideynlər məktəbin ərazisində müxtəlif növ çiçəklər əkdilər, gül kollarına qulluq etdilər.
Əsas məqsəd təbiətin qorunmasına töhfə vermək, ətraf mühiti sağlamlaşdırmaq, yaşıllıqları artırmaq, ekoloji tarazlığın bərpasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək və bu proseslərə şagirdləri daha fəal cəlb edilməsini təşviq etməkdən ibarətdir.