4-cü və 6-cı siniflərdə monitorinq zamanı imtahan stressinin idarə olunması
4-cü və 6-cı siniflərdə keçiriləcək monitorinqlə əlaqədar olaraq məktəbin psixoloqu Şəbnəm Əsgərova 16 may 2024 tarixində həmin sinfin şagirdləri ilə psixoprofilaktik və psixokorreksion iş apardı.
Şagirdlərlə görüşün məqsədi monitorinq zamanı şagirdlərdə imtahan, həyəcanını aradan qaldırmaq idi.
Psixoloq şagirdlərlə imtahan stressi, onun səbəbləri və psixofizioloji əlamətləri haqqında maarifləndirici söhbət apardı, həmçinin onlara stress və həyəcanı idarə etmək üçün nəfəs texnikası tətbiq etdi, müxtəlif tövsiyələr verdi.
#monitorinq #məktəb155 #fəalməktəb #virtualməktəb #şagird #müəllim