3-cü siniflərin monitorinqi keçirildi
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 3-cü siniflərin monitorinqi keçirildi.
Monitorinq tədris dili, riyaziyyat və ingilis dili fənləri üzrə hər iki: Azərbaycan və rus bölməsini əhatə etdi. Şagirdlər 90 dəqiqə ərzində ümumi 40 sualı cavablandırdılar. Suallar açıq və qapalı olmaqla 3-cü sinfin proqram materialını əhatə edirdi.
Məqsəd şagirdlərin proqram materialını mənimsəmə səviyyəsini müəyyənləşdirmək və çatışmazlıq istiqamətində gələcəkdə görüləcək işləri müəyyənləşdirməkdir.