Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 101- ci ildönümü münasibətilə ədəbi-bədii tədbir

10 may 2024-cü il tarixində məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Humay Vəliyevanın təşkilatçılığı ilə Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 101- ci ildönümü münasibətilə ədəbi-bədii tədbir keçirildi.

Tədbirdə şagirdlər Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən faktlar ilə çıxış etdilər.

8b, 8c və 9a sinif şagirdləri Ümummilli liderə həsr olunmuş şeirlər söylədilər və dahi şəxsiyyət haqqında ətraflı çıxışlar etdilər.

Məktəbin direktoru Ruhiyyə İbarahimova, sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçı Rəfiqə Hacıyeva, direktor müavini Məhluqə Bayramova, Azərbaycan dili və ədəbiyyatı müəllimi Kəmalə Hüseynova, informatika müəllimi Nigar Əhmədova və kitabxana müdiri Kifayət Cəfərova tədbirdə iştirak etdilər.

 

#UluÖndər #HeydərƏliyev #ÜmummilliLider101 #məktəb155 #fəalməktəb #virtualməktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi