"Yaşıl dünya naminə həmrəylik ili" layihəsi çərçivəsində 5c və 7c sinif şagirdlərinin iştirakı ilə tədbir

"Yaşıl dünya naminə həmrəylik ili" layihəsi çərçivəsində məktəbin kitabxana müdiri Kifayət Cəfərova və kitabxanaçı Kifayət Həsənovanın təşkilatçılığı ilə dünya ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvinin, həmçinin digər şair və mütəfəkkirlərin əsərlərində ətraf mühitin qorunması ilə bağlı fikirlərin təbliğ edilməsi məqsədilə, 8 may 2024-cü il tarixində 5c və 7c sinif şagirdlərinin iştirakı ilə tədbir keçirildi.

Şagirdlər şair və yazıçıların yaradıcılığından şeirlər söylədilər, mahnılar ifa etdilər, rəqslər təqdim etdilər və əsərlərdən seçilmiş səhnəciklər göstərdilər.

Tədbirdə məktəbin direktoru Ruhiyyə İbrahimova, direktor müavini Məhluqə Bayramova, sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçı Rəfiqə Hacıyeva, Azərbaycan dili və ədəbiyyatı müəllimi Kəmalə Hüseynova və UBR Arzu Məmmədova iştirak etdilər.

#yaşıldünyanaminə #yaşıldünyanaminəhəmrəylikili

#NizamiGəncəvi #ətrafmühitinqorunması #məktəb155

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi