6a sinif şagirdləri ekskursiyada

05 may 2024-cü il tarixində məktəbin ibtidai sinif müəllimi Gülşən Qurbanova və coğrafiya müəllimi Svetlana Zülfüqarovanın təşkilatçılığı ilə 6a sinif şagirdləri "Yanar Dağ" Dövlət Tarix - Mədəniyyət və Təbiət Qoruğunda ekskursiyada oldular. 

 

Qeyd edək ki, Yanardağ Məhəmmədi kəndinin qərb hissəsində olub, Bakı şəhər mərkəzindən 27 km, kənd mərkəzindən isə təqribən 2 km məsafədə, Məhəmmədi-Digah şose yolunun sol istiqamətində yerləşir.

Ərazidəki yanmalar, yerin dərinliklərindəki mövcud neftli-qazlı çöküntü laylarında süxur yuyulmaları, tektonik qırılmalar, habelə palçıq vulkanlarının püskürməsi - bir sözlə vulkanik-tektonik proseslərin getməsi nəticəsində, yaranan çatlar vasitəsilə səthə çıxan təbii qaz axınlarının alışıb yanması nəticəsində əmələ gəlmişdir.

Bəzən Yanardağda alovun hündürlüyü 10-15 metrə çatır.

Buradakı yanma prosesinin tarixin hələ qədim dövrlərindən getməsi ilə bağlı məlumatlar həm ərazidə aparılan geoloji tədqiqatlar, həm də verilən tarixi mənbələr vasitəsi ilə öz təsdiqini tapmışdır ki, bu da yanmaların tarixinin hələ eradan əvvəlki dövrlərdən başlandığı görülməkdədir.

Yanardağın əks istiqamətində yanan üç təpə olub. İndi isə həmin təpələr sönüb.

Bakının rəmzi hesab olunan üç yanar alov dili və dəniz simvolu da Yanardağın mövcudluğuna istinadən qəbul edilib.

 

#məktəb155 #fəalməktəb #virtualməktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi