"Yaşıl dünya naminə həmrəylik ili" layihəsi çərçivəsində məktəbin kimya müəllimi Könül Məmmədova 6d sinif şagirdləri ilə birlikdə tədbir təşkil etdi

30 aprel 2024-cü il tarixində "Yaşıl dünya naminə həmrəylik ili" layihəsi çərçivəsində məktəbin kimya müəllimi Könül Məmmədova 6d sinif şagirdləri ilə birlikdə tədbir təşkil etdi.

Tədbir zamanı insanların ətraf aləmə, heyvanlara vurduğu zərər müxtəlif səhnəciklərlə izləyicilərə çatdırıldı.

"Torba adam" obrazı vasitəsilə dünyada əmələ gəlmiş yeddinci qitə haqqında məlumat verildi,

"İki ağacın söhbəti", "Kəndli və təbiət", "İki gəncin təbiətə münasibəti" adlı səhnəciklərlə məktəblilərə təbiəti qorumağın vacibliyi haqqında mesajlar verildi.

Sonda "Təbiəti qoruyaq" mahnısının sədaları ilə tədbir yekunlaşdı.

Tədbirdə məktəbin direktoru Ruhiyyə İbrahimova, sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçı Rəfiqə Hacıyeva, kimya müəllimi Yeganə Rəhimova, fizika müəllimi Pərvanə Hüseynova, tarix müəllimi Aynurə Musayeva, ibtidai sinif müəllimi Sevil Şükürova, UBR Arzu Məmmədova, psixoloq Şəbnəm Əsgərova, laborant Arzu Əsgərova və 130 nömrəli məktəbin kimya müəllimi Nazlıxanım Rzayeva iştirak etdilər.

#yaşıldünyanaminə

#yaşıldünyanaminəhəmrəylikili

#məktəb155

#fəalməktəb

#virtualməktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi