"Şəxsi zonalar" mövzusunda maarifləndirici söhbət
"Təhlükəsizlik həftəsi" çərçivəsində məktəbin psixoloqu kiçik yaşlı məktəblilər arasında "Şəxsi zonalar" mövzusunda maarifləndirici söhbət apardı.
Psixoloq şagirdlərə şəxsi ünsiyyət zonaları, bu zonalara hansı şəxslərin daxil olduğu haqda məlumat verdi.
Söhbət zamanı şagirdlər bədənlərində də şəxsi zonaların olduğu və heç kimin bu nahiyələrə toxuna bilməyəcəyi, yaxud müəyyəm şəxslərin bəzi şərtlər altında toxuna biləcəyi barədə öyrəndilər.