7c sinif şagirdləri "Məhəmməd Füzulinin həyat və yaradıcılığı" mövzusunda Dəyirmi masa təşkil etdi
19 aprel 2024-cü il tarixində məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Kəmalə Hüseynova 7c sinif şagirdləri ilə birlikdə "Məhəmməd Füzulinin həyat və yaradıcılığı" mövzusunda Dəyirmi masa təşkil etdi.
Dəyirmi masada Məhəmməd Füzulinin yaradıcılığı haqqında söhbət aparıldı, şagirdlərin ifasında şairin qəzəlləri və rübailəri səsləndirildi, həmçinin "Leyli və Məcnun" poemasından "Anasının Leyliyə nəsihətləri" və "Leylinin anasına cavabı" parçaları səsləndirildi.
Dəyirmi masada məktəbin direktoru Ruhiyyə İbrahimova, direktor müavini Məhluqə Bayramova, sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçı Rəfiqə Hacıyeva, məktəbin müəllimləri, kitabxana müdiri Kifayət Cəfərova, kitabxanaçı Kifayət Həsənova və valideynlər iştirak etdilər.