Məhəmməd Füzulinin anadan olmasının 530 illiyi münasibəti ilə “Ana dilimizin saflığını qoruyaq” dərnəyi tədbir təşkil etdi

24.04.2024-cü il tarixində Məhəmməd Füzulinin anadan olmasının 530 illiyi münasibəti ilə “Ana dilimizin saflığını qoruyaq” dərnəyinin rəhbəri, məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Cəbiyeva Gülnarın təşkilatçılığı ilə tədbir təşkil edildi.

Tədbirdə dərnəyin üzvləri və digər şagirdlər iştirak etdilər.

Şagirdlər Məhəmməd Füzulinin rübailərini, qəzəllərini söylədilər.

Həmçinin, 7c sinif şagirdi Qasımzadə Nuray şairin qəzəlinə bəstələnmiş “Vətənimdir“ romansını və “Füzuli kantatasını” xorun müşayiəti ilə səsləndirdi.

Tədbirdə məktəbin direktoru Ruhiyyə İbrahimova, sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçı Rəfiqə Hacıyeva, məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Kəmalə Hüseynova, kitabxanaçı Kifayət Həsənova, psixoloq Şəbnəm Əsgərova və UBR Arzu Məmmədova iştirak etdilər.

#MəhəmmədFüzuliili

#MəhəmmədFüzuliirsi

#məktəb155

#şagird

#müəllim

#fəalməktəb

#virtualməktəb

#EduAz

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi