"İdmansevərlər" layihəsi çərçivəsində məktəbin ərazisində seminar

"İdmansevərlər" layihəsi çərçivəsində sağlam həyat tərzinin təbliği, idmanın mühüm əhəmiyyəti, məktəblilərin idmana marağının artırılması və asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə 21 aprel 2024-cü il tarixində məktəbin fiziki tərbiyə müəllimi Mehman Səfərlinin təşkilatçılığı ilə Wolf Fight Clubun rəhbəri Şahlar Vəliyev və tələbələri məktəbin ərazisində seminar keçirdi.
Seminarda məktəbin 15-dən çox şagirdi iştirak etdi.
Şagirdlərin marağına səbəb olan məşğələ idmanla məşğul olmaq istəyən məktəblilər üçün stimul oldu.