Yol hərəkəti qaydaları haqqında tədbir

24 aprel 2024-cü il tarixində məktəbin ibtidai sinif müəllimi Natəvan Nəsirova 4c sinif şagirdləri ilə birlikdə yol hərəkəti qaydaları haqqında tədbir təşkil etdilər.

Müəllim Natəvan Nəsirova məktəblilərə ətraflı məlumatlar verib, yollarda uşaqların təhlükəsizliyinin təmin olunmasında maarifləndirmə işlərinin vacib olduğunu vurğulayıb və yolda daha diqqətli olmalarını tövsiyə edib.

Hər bir vətəndaşın həm özünü, həm də yaxınlarını yollarda yarana bilən təhlükələrdən qoruya bilməsi üçün yol təhlükəsizliyi qaydalarına riayət olunmasının vacibliyini qeyd edib.

Şagirdlərin yol hərəkəti nişanları və nəqliyyat növlərinə aid səsləndirdiyi məlumatlar və şeirlər maraqla qarşılanıb.

 

#təhlükəsizlikhəftəsi #təhlükəsizməktəb #fəalməktəb #məktəb155

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi