Erkən nikahların meydana gəlməsinin sosial - psixoloji səbəbləri və onun yaratdığı fəsadlar
Məktəbin psixoloqu Əsgərova Şəbnəm "Erkən nikahların meydana gəlməsinin sosial – psixoloji səbəbləri və onun yaratdığı fəsadlar" mövzusunda 8 –ci sinif şagirdləri ilə onlayn görüş keçirdi.
Görüşdə məktəbin UBTR Arzu Məmmədova da iştirak edirdi. Psixoloq uşaqlara erkən nikahın xüsusiyyətləri, yaranma səbəbləri, onun törətdiyi psixoloji, sosial və fizioloji fəsadları haqqında maarifləndirici məlumat verdi.
Görüş müzakirə formasında aparıldı. Uşaqlar müzakirədə fəal iştirak edib öz fikirlərini bölüşdülər