“Şuşa qəhrəmanları” adlı yaradıcılıq sərgisi keçirildiAzərbaycan Milli Xalça Muzeyində 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Uşaqların ürəkləri ilə çiçəklənən Şuşa” adlı festival keçirildi.
“Şuşa İli”nə həsr olunmuş məktəblilərin “Şuşa qəhrəmanları” adlı yaradıcılıq sərgisində məktəbimizin şagirdlərinin əl işləri də nümayiş etdirildi.
VIII “A” sinif şagirdi Mehriban Əliyeva və IX “B” sinif şagirdi Əbdülkərim Əliyev rəsm sərgisində fəal iştirak etdiklərinə görə təşəkkürnamə ilə təltif edildi.
Start İT olimpiadasının iştirakçısıMay ayında Start İT uşaqlar üçün proqramlaşdırma olimpiadası təşkil edilmişdir. Olimpiada 3 kateqoriya (scratch-də vizual proqramlaşdırma,tinkercard-da 3D modelləşdirmə, android mobil proqramların hazırlanması) üzrə keçirilmişdir.
Məktəbin VI “C” sinif şagirdi Əsmər Talıbova olimpiadada iştirak edərək III yerə layiq görülmüşdür.
Yeni uğurMəktəbin V “A” sinif şagirdi İbrahim Rəsulov karate idman növü üzrə XXIII açıq Respublika birinciliyində II yerə layiq görüldüyünə görə diplomla təltif edilmişdir.