Nailiyyətlərimiz

"Zəfər dastanı" adlı respublika şeir və mahnı müsabiqəsinin qalibləri   Ümumtəhsil məktəblərimiz şagirdləri və Uşaq Gənclər İnkişaf mərkəzinin dərnək üzvləri arasında Şanlı tariximizə qızıl hərflərlə yazılan 8 noyabr “Zəfər Günü”-nə həsr olunmuş “Zəfər dastanı” adlı respublika şeir və  mahnı müsabiqəsində mahnı nominasiyası  üzrə məktəbimizin şagirdləri Aydan Həmzəyeva I yerə, Fidan Sultanova isə II yerə layiq görülmüşlər.   Yeni uğurlar arzu edirik.

"Qarabağ Azərbaycandır!" adlı inşa müsabiqəsi keçirilmilşdirNəsimi rayon Gənclər və İdman İdarəsi tərəfindən 27 sentyabr – Anım Gününə həsr olunmuş Nəsimi rayon məktəblərinin şagirdləri arasında “Qarabağ Azərbaycandır! – İşğaldan azad olunmuş torpaqlarımız” mövzusunda inşa yazı müsabiqəsi keçirilmişdir. Müsabiqədə məktəbin VIII “A” sinif şagirdi Leyla Musayeva və IX “A” sinif şagirdi Aytac Həsənova fərqləndiklərinə görə diplomla təltif olunmuşlar. Yeni uğurlar arzu edirik.

"Şuşa ili"nə həsr olunmuş Hapkido idman yarışıMəktəbin 3 “A” və 4 “A” sinif şagirdləri “Şuşa ili”nə həsr olunmuş Hapkido idman növü üzrə Azərbaycan birinciliyində uğur qazanmışlar. Yusif İsmayılov I, Hüseyn İsmayılov II yer qazanaraq diplom və medalla təltif olunmuşlar. Yeni uğurlar arzu edirik.

HAQQIMIZDA
151 nömrəli tam orta məktəb 1935-ci ildən fəaliyyət göstərir. Məktəbdə 1988-ci ilədək tədris yalnız rus dilində olmuş, 1988-ci ildən isə Azərbaycan bölməsi də fəaliyyət göstərməyə başlamışdır. Hazırda məktəbdə tədris hər iki dildə - Azərbaycan və rus d...
BİZİM FƏXRLƏRİMİZ

Hüseyn Mehdiyev İntiqam

Murad Mollayev Şahin

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi