"Qarabağ Azərbaycandır!" adlı inşa müsabiqəsi keçirilmilşdirNəsimi rayon Gənclər və İdman İdarəsi tərəfindən 27 sentyabr – Anım Gününə həsr olunmuş Nəsimi rayon məktəblərinin şagirdləri arasında “Qarabağ Azərbaycandır! – İşğaldan azad olunmuş torpaqlarımız” mövzusunda inşa yazı müsabiqəsi keçirilmişdir.
Müsabiqədə məktəbin VIII “A” sinif şagirdi Leyla Musayeva və IX “A” sinif şagirdi Aytac Həsənova fərqləndiklərinə görə diplomla təltif olunmuşlar.
Yeni uğurlar arzu edirik.
"Şuşa ili"nə həsr olunmuş Hapkido idman yarışıMəktəbin 3 “A” və 4 “A” sinif şagirdləri “Şuşa ili”nə həsr olunmuş Hapkido idman növü üzrə Azərbaycan birinciliyində uğur qazanmışlar.
Yusif İsmayılov I, Hüseyn İsmayılov II yer qazanaraq diplom və medalla təltif olunmuşlar.
Yeni uğurlar arzu edirik.
V robot olimpiadasının iştirakçısı Məktəbin X”C” sinif şagirdi Salih Seyidzadə Azərbaycanda keçirilən V Robot olimpiadasında “Future İnnovators Senior” kateqoriyası üzrə III yer tutduğuna görə diplom və medalla təltif edilmişdir.
Gələcəkdə yeni uğurlar arzu edirik .